ABŞ-dan Rusiya-Türkiyə hərbi əməkdaşlığına qarşı yeni həmlə: "S-400" alsa...

ABŞ-dan Rusiya-Türkiyə hərbi əməkdaşlığına qarşı yeni həmlə: “S-400” alsa…
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Türkiyənin Rusiyadan “S-400” almasına mane olmaq üçün hərəkətə keçib.

A24.Az xəbər verir ki, NTV-nin məlumatına görə, ABŞ Senatına təqdim olunan layihələrdən birinə Türkiyənin “F-35” almasına mane olacaq maddə əlavə edilib.

Belə ki, maddə qəbul ediləcəyi təqdirdə, Türkiyə Rusiyadan “S-400” alsa, “Lockheed Martin” istehsalı olan “F-35” döyüş təyyarələrinin satışının qarşısı alınacaq.

Dəyişikliklə bağlı təklif 2019-cu il Maliyyə İli Xarici Əməliyyatlar və Əlaqədar Proqramlar Qanununa daxil edilib.

Hərbi xərc layihəsinin qanuniləşməsi üçün Senat və Nümayəndələr Məclisinin ümumi qurultaylarında ayrı-ayrılıqda qəbul edilməli və prezident Donald Tramp tərəfindən imzalanmalıdır.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar