ABŞ-dan Rusiyaya gedən vətəndaşlarına xəbərdarlıq: Vəzifəli şəxslər tərəfindən...

ABŞ-dan Rusiyaya gedən vətəndaşlarına xəbərdarlıq: Vəzifəli şəxslər tərəfindən…
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Dövlət Departamenti DÇ-2018-in oyunlarını izləmək üçün Rusiyaya yollanan vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bununla əlaqədar yayımlanan bəyanatda bu səviyyədə beynəlxalq tədbirlərin terrorçular üçün cəlbedici hədəf olduğu bildirilib: “Dünya çempionatı zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, terrorçular stadion, fan-zona, vağzal və digər ictimai yerlərə hücumlar təşkil edə bilərlər”.

Bundan əlavə, ABŞ vətəndaşlarının Rusiyada hüquq-mühafizə orqanları və və digər vəzifəli şəxslər tərəfindən kələk və şantaja məruz qala biləcəkləri ehtimalının olduğu da xatırladılıb.

Qeyd edək ki, ABŞ millisi 14 iyun – 15 iyulda Rusiyada təşkil ediləcək dünya çempionatına vəsiqə qazanmayıb. Lakin əcnəbilər arasında mundila ən çox, yəni 86 min bileti məhz ABŞ vətəndaşları alıblar.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar