ABŞ-dan Suriya kürdlərinə inanılmaz kömək: Türkiyəyə arxadan zərbə

ABŞ-dan Suriya kürdlərinə inanılmaz kömək: Türkiyəyə arxadan zərbə
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Xüsusi Qüvvətlər komandiri Tomas PKK/PYD terror təşkilatı  ilə bağlı bəyanat verib.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada əməkdaşlıq etdikləri Kürd qruplaşmalarla bağlı danışan ordu generalı PKK-nın Suriyadakı qolu olan YPG-nin adının dəyişdirilməsi barədə fikirlər səsləndirib.

Türklər sevmirdi, biz də adını dəyişdik

Tomas bildirib: “Onlar özlərinə rəsmi olaraq YPG deyirdilər. Türklər isə bunun PKK ilə eyni olduğunu deyir. “Bizim terrorçu düşmənlərimizlə əlbir olursunuz, bunu müttəfiq olaraq necə edə bilərsiniz?”, – deyə etiraz edirlər. Buna görə də biz onlara adlarını dəyişdirməli olduqlarını söylədik”. Məsələn, YPG-dən əlavə özlərini necə adlandırmaq istədiklərini soruşduq. Bir gün sonra adlarının “Demokratik Suriya Qüvvələri” olduğunu elan etdilər. Adlarının ortasına demokratik ifadəsini göstərmələrinin ağıllı bir həmlə olduğunu düşündüm. Bu, onlara etibarı təmin etdi”.

Yaxşı bir tərəfdaşımız olması üçün qanuniləşdirdilər

Xüsusi Qüvvətlər komandiri, “Suriyanın gələcəyinin danışıldığı Cenevrə və Astana kimi yerlərdə masada olmaq istəyirdilər. PKK adı altında heç vaxt masada ola bilməzdilər. Onları hərbiləşdirdik və Brett Mcgurk onları bu şəkildə danışıqların içində saxladı. Bizim yaxşı tərəfdaşımız olmaları üçün onlara lazımi legitimliyi təmin etdi”, – deyə əlavə edib.

Xəyalə Bünayova // A24.Az

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Dünya, Siyasət, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar