ABŞ-dan Zəhranın ölümü ilə bağlı - Açıqlama

ABŞ-dan Zəhranın ölümü ilə bağlı – Açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ hər zamanki kimi Dağlıq Qarabağ münaqişə zonasında aralarında 2 yaşlı uşağın da olduğu bir neçə dinc sakininin ölməsi ilə nəticələnən atəşkəsin pozulmasından narahatdır.

A24.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi keçirdiyi brifinqdə deyib:

“Bu, təmas xətti yaxınlığında baş verib. Biz ölənlərin ailələrinə dərin başsağlığı vermək istəyirik. ATƏT-in Minsk Qrupu həmsədrləri ilə yanaşı, tərəfləri hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Bizim siyasətimiz o bölgədə aydındır. Bu münaqişənin yeganə həlli güc tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmək prinsiplərinə riayət edərək danışıqlar yolundan keçir”.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar