ABŞ Əfqanıstanda uduzdu: Böyük və acı etiraf

ABŞ Əfqanıstanda uduzdu: Böyük və acı etiraf
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Müdafiə naziri Cim Mattis və Baş Qərargah Rəisi Ordu Generalı Cozef Dunford Senatın Silahlı Xidmətlər Komitəsində 2018-ci ilin maliyyə büdcəsinə dair senatorların suallarını cavablandırıblar.

İclasda Arizona ştatının senatoru, Respublikaçı Con Makkeyn ABŞ Prezidenti Donald Trampın altı aydır fəaliyyətdə olduğunu, ancaq hazırda Əfqanıstan üçün ortaya bir strategiya qoymadığını deyərək hakimiyyəti tənqid edib.

Buna cavab  olaraq, Mattis ölkəsinin Əfqanıstanda müharibədə qalibiyyət əldə etmədiyini və iyulda konqresə yeni strategiya təqdim edəcəklərini bildirib.

Qeyd edək ki, ABŞ-ın Əfqanıstanda hazırda 9 min 800 əsgəri var. Amerikalı rəsmilər Əfqanıstandakı təhlükəsizlik vəziyyətinin uzun zamandır Talibanın lehinə olduğunu bildiriblər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar