ABŞ gəmiləri Aralıq dənizinə girib

ABŞ gəmiləri Aralıq dənizinə girib
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ HDQ-nin “Harri Truman” təyyarə daşıyan gəmisinin rəhbərliyi altında hücum qrupu Aralıq dənizində əməliyyatlara başlayıb.

“A24.az” xəbər verir ki, əməliyyat NATO üzrə müttəfiqlərin, Avropa və Afrika tərəfdaş ölkələrin, koalisiya tərəfdaşlarının və ABŞ-ın Avropada və Afrikada milli təhlükəsizlik maraqlarının dəstəyini davam etdirmək üçün keçirilir.

6-cı donanmanın komandanı Layza Françettinin sözlərinə görə, qrupun Aralıq dənizində olduğu müddətdə dəniz əməliyyatlarının bütün spektrlərini işləmək planlaşdırılır.

Bildirilir ki, “Harri Truman” təyyarə daşıyan gəmisindən əlavə qrupa “Normandiya” raket kreyseri və bir neçə esmines daxildir.

Qeyd edək ki, hazırda Aralıq dənizində NATO ölkələrinin bir neçə döyüş gəmisi var.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar