ABŞ ilə Rusiyanın imzaladığı müqaviləyə İrandan cavab gəldi: TANIMIRIQ

ABŞ ilə Rusiyanın imzaladığı müqaviləyə İrandan cavab gəldi: TANIMIRIQ
Want create site? Find Free WordPress Themes and plugins.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi  Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında Suriyada elan edilən atəşkəsə İran tərəfindən heç bir müdaxilə edilmədiyini bildirib.

“A24.az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, media nümayəndələrinin suallarını cavabalandıran Kasımi Rusiya ilə ABŞ arasında Suriya mövzusunda birlikdə razılığa gəldikləri atəşkəs rejiminin təminatçısı olmayacaqlarını bildirib.

Bunun İranla heç bir əlaqəsinin olmadığına işarə edən Kasımi bütün Suriyanı əhatə edəcək şəkildə və Astanada razılığa gəlinən qarşıdurmanın yarandığı bölgələrin dəstəklənəcəyinin qəbul edilə biləcəyini vurğulayıb.

ABŞ-ın bölgədəki “keçmiş icraatları” səbəbi ilə razılaşmaya şübhəli yanaşdıqlarını dilə gətirən Kasımi bu vəziyyətin görüşlərin davamında əngəl yarada biləcəyini irəli sürüb.

Bəhram Kasımi Qarabağda Ermənistan və Azərbaycan arasında yaşanan qarşıdurmaya da diqqət çəkərək, bölgəyə ən yaxın ölkənin İran olduğunu bildirib: “Bu qarşıdurma başda İran olmaqla bölgədəki xalqın xeyrinə deyil” – deyə nazirliyin sözçücü bu mövzuda şərh verib.

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar