ABŞ-ın müdafiə naziri niyə Suriyada olduqlarının məqsədini açıqladı

ABŞ-ın müdafiə naziri niyə Suriyada olduqlarının məqsədini açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etmək niyyəti yoxdur, Amerika qoşunlarının bu ölkədəki mövcudluğunun əsas məqsədi isə İŞİD üzərində qələbə qazanmaqdır.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis Nümayəndələr Palatasında dinləmələr zamanı çıxışında bildirib.

“Əvvəlki və hazırkı administrasiyalar aydın şəkildə izah etmişdilər ki, Suriyada məqsədimiz İŞİD üzərində qələbə çalmaqdır, vətəndaş müharibəsinə müdaxilə etməyəcəyik”, – deyə Pentaqon rəhbəri qeyd edib.

C.Mettis etiraf edib ki, ötən il Suriyaya endirilən raket zərbəsi kimyəvi silahdan istifadəyə cavab tədbiri olub.

Nazir həmçinin Rusiyanı Suriya rəhbərliyini dəstəkləməkdə, beynəlxalq ictimaiyyətin münaqişənin həlli istiqamətindəki səylərini pozmaqda ittiham edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar