ABŞ-ın Türkiyəyə viza qadağasında Azərbaycan və Gürcüstanın qapıları açıldı - Səfirdən açıqlama

ABŞ-ın Türkiyəyə viza qadağasında Azərbaycan və Gürcüstanın qapıları açıldı – Səfirdən açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ səfiri Con Bassın “Türkiyə vətəndaşları başqa ölkələrdəki ABŞ səfirliklərindən viza ala bilərlər” açıqlaması, viza almaq istəyənləri Gürcüstan, Azərbaycan kimi vizasız gedilə bilən ölkələrə istiqamətləndirəcək.

“A24.az” bildirir ki, ABŞ ilə Türkiyə arasında viza qalmaqalından sonra ABŞ-ın Ankaradakı səfiri Con Bassın “Türkiyə xaricində hər hansı ABŞ səfirliyi və ya konsulluğuna viza üçün müraciət edə bilərsiniz” açıqlaması ABŞ vizası almaq üçün başqa ölkələrə səyahət etmək imkan yaradıb. Sağlamlıq və təhsil səyahətləri kimi təcili hallarda viza almaq istəyənlər “başqa ölkələrdən necə viza alınır?” sualına cavab axtarılmağa başlayıb.

Bassın açıqlaması dəqiqləşəndən sonra türklər viza turlarına başlayacaq. Bu isə yeni bir sektor yaradacaq. Türkiyə vətəndaşları xüsusilə Gürcüstan və Azərbaycan kimi vizasız səyahət edilən ölkələrə gedib viza almağı hədəfləyir. Təcili vizaya ehtiyacı olmayanlar isə, tətil və ya iş səyahətində başqa ölkələrdə olduqları zaman vizanı uzatmağı planlaşdırır.

Lakin başqa ölkələrdən vizanın alınmasını dəyərləndirən turizm şirkətlərinin nümayəndələri “başqa ölkədən vizanın alınmasına biz girişən deyilik. Orada da fərqli kriteriyalar olacaq. Viza vermək üçün yaşamaq və işləmək izni istəyəcəklər. Burdan başqa tələblər meydana çıxacaq. Ümumiyyətlə, türklərin başqa ölkələrdən ABŞ vizası alması mümkün deyil. Çünki 2 min ilə 10 min dollar arasında xərc çıxacaq” deyə qeyd ediblər.

Vizaların verilməsində qadağanın tətbiq edilməsi ABŞ-da fəaliyyət göstərən tur şirkətlərinə də təsirsiz ötüşməyəcək: “ABŞ-a təhsil, seminar və ya iş üçün getmək istəyənlərin viza ala bilməməsi ABŞ-da fəaliyyət göstərən tur şirkətlərinə maddi olaraq 25-30 faiz mənfi təsir edəcək”.

Lakin bəzi türk vətəndaşlarının dediklərinə görə, başqa ölkələrdə ABŞ vizası almaq üçün müraciət etdikləri zaman səfirliyin onlara ancaq öz ölkələrindən müraciət etmələrini bildirib.

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar