ABŞ Konqresində Trampın miqrant siyasətinə etiraz - Bu dəfə qadınlar ayağa qalxdı

ABŞ Konqresində Trampın miqrant siyasətinə etiraz – Bu dəfə qadınlar ayağa qalxdı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-a qeyri-qanuni yollardan daxil olan miqrantların uşaqlarının saxlanılması ilə bağlı qalmaqal davam edir. Sözügedən qadın ABŞ Konqresində minə yaxın qadın tərəfindən etirazla qarşılanıb.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ABŞ prezidenti seçilməsini baykot etmək üçün yaradılan “Qadın Yürüşü” adlı vətəndaş təşəbbüs qrupu, bu dəfə ailələrindən ayrılan qeyri-qanuni miqrant uşaqlar üçün ABŞ Konqresində “mülki itaətsizlik” aksiyasına başlayıb.

Valideynlərindən ayrılan köçkün uşaqlarına paylanılan adyala diqqəti çəkmək istəyən nümayişçilər, Konqres binasının içərisindəki “metal adyal” heykəlinin qarşısında toplaşıb.

Əllərində “Uşaqlar hardadır?”, “Qaçqın və gömrük tətbiqi ofisini bağlayın”, “Qeyri-qanuni fərd yoxdur” yazılı plakatlar daşıyan nümayişçilər ABŞ Konqres üzvlərini saxlanılan qaçqın uşaqların ailələrinə təhvil verilməsinə çağırıb.

Tramp adminstrasiyası əleyhinə şüar səsləndirən etirazçılara aktrisa Susan Sarandon da qoşulub.

Polisin xəbərdarlıqlarına baxmayaraq, binanı tərk etməyən 630 etirazçının nəzarət altına alındığı bildirilib.

Paytaxt Vaşinqtondan gündəmə çevrilən qeyri-qanuni qaçqın uşaqlarına qarşı olan qanuna ölkənin bir çox bölgəsində kiçik miqyasda aksiyalarla etiraz edilib.

Hakimiyyətin “qaçqın siyasətində sıfır tolerantlıq” kimi qiymətləndirdiyi qanuna qarşı önümüzdəki həftə sonu paytaxt Vaşinqton və 50 əyalətdə yüz minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilməsi gözlənilir.

Pentaqon daha əvvəl ABŞ-a qeyri-qanuni yollarla girərkən yaxalanan qaçqın uşaqların Texasdakı “Fort Bliss” Quru Qüvvələri Bazası ilə “Goodfellow” Hava Qüvvələri Bazasına yerləşdiriləcəyini açıqlamışdı.

Tramp adminstrasiyası mart ayında ölkənin cənub sərhədlərindən qeyri-qanuni yollarla ölkəyə daxil olarkən yaxalanan miqrantların uşaqlarını mühakimə prosesində buna qərar vermişdi. Bu çərçivədə mart-aprel aylarında 6 həftə boyu davam edən prosesdə ümumilikdə 2 min 500 uşağın ailələrindən alınaraq Texas ştatında McAllen bölgəsindəki obyektlərə yerləşdirildiyi bildirilir.

Əksəriyyəti Latın Amerikası ölkələrindən gələn miqrant uşaqlar keçən həftə sonu ilk dəfə Texasın McAllen bölgəsindəki bir kompleksdə gətirilmişdi. Texas ştatının cənubunda yerləşən müəssisələrdən birinə girən kameralar, yüzlərlə uşağın yaş və cinsiyyət görə sim hörgüdən hazırlanmış ayrı-ayrı “qəfəslər” içində saxlanıldığını müəyyən etmişdi.

Görüntülər ölkədə və dünyada sərt reaksiyalara səbəb olub. Tramp sözügedən qanunu ləğ edən prezident fərmanını imzalamış və Konqresi geniş miqrasiya qanunu hazırlanmasına çağırmışdı.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar