ABŞ ordusunda hicab və saqqal qadağası ilə bağlı yenilik

ABŞ ordusunda hicab və saqqal qadağası ilə bağlı yenilik
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Quru Qüvvələrində edilən yeniliklərdə saqqal saxlamaq və hicab taxmağın qarşısına qoyulan qadağanın aradan qaldırıldığı bildirilib.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, quru qüvvələrin sekretarı Erik Fanningnin Konqresə göndərdiyi məktubda ortaya qoyduğu yeniliyə görə, dini əsasla icazə verilən hicab taxmaq və saqqal saxlamaq artıq briqada komandirlərinin qərarına tabe olacaq.

Qərara təhlükə olmadığı müddət ərzində icazə veriləcək…

Yenilik çərçivəsində briqada komandirləri “dini geyim tələb edənin dini inancında səmimi olmadığı və ya konkret bir təhlükənin olduğu qənaətinə gəlinməsə” istifadəsinə icazə veriləcək.

Sözügedən yeniliklə bağlı, qadınların saç düzümündəki standartlara da yeniliklər əlavə edilib. Belə ki, quru qüvvələrdə xidmət göstərən və uzunluğu müəyyən ölçüdə olmaq şərti ilə qadınlar saçlarını hörə, dalğalı və ya rast eləyə biləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs