ABŞ rəsmiləri: Türkiyəyə "F-35"lərin təhvilin dayandırılsın

ABŞ rəsmiləri: Türkiyəyə “F-35″lərin təhvilin dayandırılsın
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyəyə ilk yeni nəsil F-35 qırıclarının təhvil verilməsinə sayılı günlər qalsa da, ABŞ Nümayəndələr Palatasının 44 üzvü, Müdafiə Naziri Cim Mattisə təhvil verilmə prosesinin dayandırılması üçün məktub göndərib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresində Türkiyəyə sanksiya tətbiq edilməsi və bu çərçivədə birgə istehsal edilən F-35 döyüş təyyarələrinin təslim edilməməsi istiqaməti cəhdlərinə daha bir yenisi əlavə olunub.

Texas ştatındakı Fort Worth şəhərində keçiriləcək təhvil-təslim günlərinə sayılı günlər qalıb, amma buna baxmayaraq ABŞ Nümayəndələr Məclisinin üzvü Müdafiə Naziri Ceyms Mattisə bir məktub göndərdi. Məktubda “təsəvvür edilməz” deyə adlandıran Türkiyəyə F-35 təhvilinin dayandırılması tələb edilib. Həm Respublikaçı, həm də Demokrat millət vəkillərin imza atdığı məktubda, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığı bir şəraitdə F-35-lərin təhvilinin ABŞ və NATO-nun hərbi sirrlərinin Moskvanın əlinə keçmə riski yaradacağı iddia edilib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar