ABŞ Suriyanı yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib

ABŞ Suriyanı yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib
Want create site? Find Free WordPress Themes and plugins.

“Əgər Suriya höküməti yeni konstitusiya layihəsi üzərində işləmək istəməsə, ABŞ müttəfiqləri ilə birlikdə bu ölkəyə qarşı daha sərt sanksiyalar tətbiq edə bilər”.

A24.Az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bildirib.

“Əgər Suriya prezidenti Bəşər Əsədin rejimi bunu etsə, o zaman biz hesab edirik ki, 2015-ci ilə qədər İrana qarşı etdiklərimizi, yəni həqiqətən sərt beynəlxalq sanksiyalar tətbiq edə bilərik”, – o deyib.

Diplomat qeyd edib ki, ABŞ Suriyaya qarşı təcrid strategiyasını seçə bilər: “Hətta BMT Təhlükəsizlik Şurası sanksiyaları dəstəkləməsə belə, biz Avropa İttifaqı, Asiyadakı müttəfiqlərimiz vasitəsilə onları tətbiq edəcəyik”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar