ABŞ Türkiyəyə “F-15” qırıcı təyyarələri göndərib

ABŞ Türkiyəyə “F-15” qırıcı təyyarələri göndərib
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ İŞİD terror qruplaşmasının İraq və Suriyadakı mövqelərinə zərbələr endirmək üçün Türkiyənin “İcirlik” aviabazasına əlavə olaraq altı “F-15” qırıcı-bombardmançı təyyarəsi göndərib. 

“A24.az” bildirir ki, APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa üzrə komandanlığının bəyanatında bildirilir.

“Biz Türkiyənin hava məkanının suverenliyinin qorunmasında və İŞİD-i zəiflədərək tamamilə məhv edilməsində birgə səylərə dəstək məqsədilə türkiyəli tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdiririk”, deyə bəyanatda qeyd olunur.

Təyyarələrin Böyük Britaniyadan göndərildiyi vurğulanır.

Qeyd edək ki, ABŞ bir neçə gün əvvəl Türkiyənin “İcirlik” aviabazasında altı ədəd  “F-15C” və bir qrup “A-10” tipli  döyüş təyyarələrini yerləşdirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar