ABŞ Ukraynaya sahib çıxdı - Tankları Rusiya sərhədində

ABŞ Ukraynaya sahib çıxdı – Tankları Rusiya sərhədində
Want create site? Find Free WordPress Themes and plugins.

Ukraynanın şərqində səfərdə olan ABŞ prezidneti Donald Trampın təmsilçisi Volker, Ukraynanın özününü rus üsyançılardan müdafiə etməsi üçün bölgəyə silah göndərməklə bağlı müzakirə apardıqlarını deyib.

A24.Az xəbər verir ki, BBC-yə açıqlama verən Volker, silah yardımının rus üsyançıların irəliləməsinə mane olacağına inanır.

“Ukraynalılara özlərini müdafiə etmələri üçün silah verə bilərik. Göndəriləcək hərbi sursatların içində tanklar da var”.

Volker Ukraynanın şərqində sülhü bərpa etmık üçün Rusiyaya strateji dialoq çağırışı da edib.

“Əsas məqsədimiz Ukraynanın ərazi bütövlüyü və suverenliyini geri qazanmaqdır. Mən bura hadisələrin təfərüatlarını öz gözlərimlə görməyə gəlmişəm. Ukrayna inkişaf edən bir ölkədir. Bu vəziyyətlə qarşı-qarşıya qalması faciədir”.

Üsyançılar yeni dövlət elan ediblər: Kiçik Rusiya     

Ukraynada tək tərəfli müstəqilliyini elan edən Donetskdəki üsyançılar keçən həftə yeni dövlət qurduqlarını elan ediblər.Yeni dövlətin  adı isə Kiçik Rusiyadır. ABŞ Xarici İşlər Nazirliyi açıqlamasında,  Ukraynanın şərqində savaşan tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

son-dakika-abd-rusya-sinirina-tank-ve-silah-gonderebilir-1ea142.Jpeg (600×429)

BMT qeydlərinə görə, 2014-cü ilin aprelindən bəri daxili savaşın hökm sürdüyü Ukraynanın şərqində 10 mindən çox insan öldürülüb. Savaşda 1,6 milyon insan öz evini tərk etmək məcburiyyətində qalıb. Bölgədə silahların susması üçün tərəflər 2015-ci ilin fevralında müqavilə imzalasalar da münaqişə bitməyib. Ötən həftə Donetskdə baş verən üsyançıların hücumlarında  Ukraynanın 5 əsgəri ölüb.

Nərmin Kərim, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar