ABŞ "Volkswagen"i İranın əleyhinə olmağa razı saldı

ABŞ “Volkswagen”i İranın əleyhinə olmağa razı saldı
Want create site? Find Free WordPress Themes and plugins.

Alman avtomobil brendi olan “Volkswagen” markası ABŞ-ın Tehrana tətbiq etdiyi birtərəfli sanksiyalar səbəbindən İrandakı fəaliyyətlərinin böyük bir hissəsini dayandıracaq.

A24.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, İrana birtərəfli sanksiyalar tətbiq edən ABŞ rəhbərliyi Alman şirkətini sanksiyalara qoşulmağa razı edib.

ABŞ-ın Berlindəki səfiri Riçard Grenell “Volkswagen”in İrana qarşı sanksiyalara qoşulmağa razı salmaq üçün şirkət rəsmiləri ilə uzunmüddətli danışıqlar apardığını bildirib.

O həmçinin “Volkswagen, İran sanksiyalarına əməl olunacağını deyib. Bu qərardan məmnunluq duyuruq. İran, iqtisadi resurslarını xalqına çatdırmaq əvəzinə qlobal qeyri-sabitlik və şiddəti yaymağa istiqamətləndirir”, – deyə bildirib.

“Volkswagen” şirkətindən məsələ ilə bağlı bir açıqlama verilməyib. ABŞ-ın 7 Avqustda İrana qarşı ilk sanksiya paketi ölkədəki ən böyük məşğulluq sahələrindən avtomobil sektorunu də hədəf alır.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar