Abşeronda DƏHŞƏT: Usta adı ilə evə girib, 65 yaşlı qadının... - VİDEO

Abşeronda DƏHŞƏT: Usta adı ilə evə girib, 65 yaşlı qadının… – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Evə basqın edən dostlar yaşlı qadını döyərək ona qarşı quldurluq ediblər.

A24.Az bildirir ki, hadisə bu ilin may ayının 1-də gecə saatlarında Abşeron rayon Masazır qəsəbəsində baş verib. 65 yaşlı Dürdanə Abbasova polisə məlumat verib ki, tanımadığı iki nəfər onun evinə basqın edib, döyüb evdən 400 manat pul və qolbağısını aparıblar.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis ötən gün şübhəli kimi əvvəllər məhkum edilmiş Astara sakini Heydər Əhmədov və İsmayıllı sakini Elbrus Məmmədovu saxlayıb. Saxlanılarkən dostlar cinayətlərini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər hadisədən bir həftə əvvəl Beynəlxalaq Avtovağzal ərazisindəki kafelərdən birində tanış olublar. Bir evdə kirayədə qalan dostlar cinayət törətməyi də elə o vaxtı planlaşdırıblar.

Faktla bağlı Heydər Əhmədov və Elbrus Məmmədov barəsində Abşeron rayon polis idarəsində qulduruluq maddəsi ilə cinayət işi başlanıb,istintaq gedir. Polis onların bu kimi başqa cinayətlər törətməsini də istisina etmir. /xezerxeber.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar