Abşeronda icra məmurları qonşusunun əvəzinə sahibkarın obyektlərini sökdülər, yarım milyonunu məhv etdilər - ŞİKAYƏT

Abşeronda icra məmurları qonşusunun əvəzinə sahibkarın obyektlərini sökdülər, yarım milyonunu məhv etdilər – ŞİKAYƏT
Want create site? Find Free WordPress Themes and plugins.

Məhəmmədi kəndi, Yeni yaşayış massivinin sakini Novruzova Pərvanə A24.az-a müraciət edərək, şikayətini bildirib.

O, qeyd edib ki, 17 ildir ona məxsus olan həyətyanı sahə qanunsuz şəkildə, Abşeron rayon icra məmurları tərəfindən sökülüb. 2017-ci ilin mart ayında həyətinə heç bir xəbərdarlıq edilmədən daxil olan İcra Məmurları başlarında  Abşeron rayon icra nümayəndəsi Həsənov İlyas olmaqla Novruzəliyevlər ailəsinin bütün təsərrüfatını məhv edib, viran qoyublar. Pərvanə Novruzəliyeva iddia edir ki, əlində olan Çıxarışları göstərməsinə baxmayaraq, sənədlərinə məhəl qoyulmayıb və ona hal hazırda 400 000 AZN-ə yaxın ziyan dəyib.

 

Müracət etdiyi məhkəmələrdə süründürməçiliklə işin uzadlması prosesi gedir. O, iddia edir ki, sökülməli olan ev onun deyil, qonsuluqdakı Quluyevlər ailəsinin evidir. Əllərində olan qətnamədə də məhz onların adı qeyd olunub. Quliyev Hüseyin Balakişi oğlu və Quliyeva Aytəkin Yadigar qızının adları qeyd olunan qətnaməyə əsasən niyə mənim təsərrüfatım və həyətimi dağıdırlar deyə məhkəməyə müraciət edən zaman, Pərvanə xanıma qətnamədə sizin adınız yazılmayıb, bu əmir sizin həyətiniz üçün deyil cavabı verilib. Dəyən ziyanın qarşılığını almaq üçün açılan məhkəmə prosesi hələ də davam edir.

“Mart ayının 15-də Abşeron rayonu icra məmurları mənim həyətimə daxil olub məni bütün təsərrüfatımı, 6 parnikimi, toyuq –cücəmi məhv edərək getdilər. Qeyri-iş günü olduğundan mən yalnız aidiyyatı orqanlara 26 martda müracət etdim. Hakim İlham Kərimlinin qəbulunda oldum və özümü təqdim edərəkən o, mənə dedi ki, bu qərar sizə deyil Quliyevlər ailəsinə məxsusudur. Siz onları həyətinizə nə səbəbə buraxmısınız? Gedin, onları Sumqayıt inzibati məhkəməsinə verin və sizə dəyən zərəri geri alın. Bizə dəyən zərər isə 100 manat deyil, 1000 manat deyil, tam olaraq 400 000 manata yaxındı”.

Xanım onu da iddia edir ki, Bədəlov Vahid evi Mikayıl adlı şəxsdən alıb. Həmin Mikayıl adlı şəxs isə məhz onların qonşuluğunda yaşayan Quliyev Hüseyin Balakişi oğlu və Quliyeva Aytəkin Yadigar qızına məxsus olan evdir.

Yusifov Mikayıl Elxan oğlu 2012 ci –ildə sözügedən evi Bədəlov Vahidə satıb. İddialar arasında o da vardı ki, Yusifov Mikayıl Elxan oğlu uzun illər öncə nənsindən qalan mülk torpağını çox araşdırıb, lakin tapa bilməyib. Sonra Mikayıl adlı şəxs Suriyaya yollanıb və hazırda vəhabiliyi qəbul edərək terrorist kimi fəaliyyət göstərir.

Pərvanə Novruzbəylinin sözlərinə görə evləri sökülən zaman Bədəlov Vahid və evi onula şərik alan Cabir adlı şəxs hamilə olmasına baxmayaraq, ona qarşı zorakılıq edib və səhhətində ciddi fəsadlar yaradıb.

“Bədəlov Vahid  Sədərək bazarında işləyir və Abşeron rayon icra məmuru da Sədərək bazarının sahibi Yusif müəllimin kürəkənidir” deyərək bütün bunların bir qurma olduğunu, bu işlə dolayısı və ya birbaşa olaraq əlaqədar ola biləcəyini söyləyir.

Pərvanə Novruzəliyev A24.az vasitəsiylə ölkə prezindetinə müraciət edərək haqqın bərqərar olmasını və ona dəyən ziyanın qaytarılmasını xahiş edir:

“Bu ölkədəki mütün məmurlar prezidentimizə tabedir. Ancaq Abşeron rayon icra məmurları heç nəyi, heç bir qanunu vecinə almadan mənim bütün həyətimi və təssərüfatımı məhv etdilər. Mənim  haqq səsimi eşidin, çox xahiş edirəm ölkə Prezidentimiz İlham Əliyevdən ki, mənim tapdanmış hüquqlarım bərpa olunsun”.

P.S.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Pərvin Abgül//A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar