Acarıstan Muxtar Respublikası hökumətinin tam tərkibi istefa verdi

Acarıstan Muxtar Respublikası hökumətinin tam tərkibi istefa verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin başçısı Zurab Pataradze və hökumət tam tərkibdə istefa verib.

A24.Az xəbər verir ki, bu barədə Zurab Pataradze bu gün keçirdiyi brifinqdə bildirib. O deyib ki, Acarıstan hökumətinin istefası ilə bağlı qərar hakim komandada müzakirə olunub və sonda yekun qərar qəbul edilib.

Z.Pataradze hökumətdən istefa versə də, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasında qalacağını və bundan sonra da ölkənin inkişafı ilə bağlı fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Z. Pataradze 2016-cı ilin iyulundan muxtar respublikanın hökumət başçısı vəzifəsini tutub.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar