Adamlar adlarına bənzəyirlərmi? - ARAŞDIRMA

Adamlar adlarına bənzəyirlərmi? – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

“The Telegraph” yazır ki, uşağa ad qoymaq valideynlər üçün adətən başağrısı olur, lakin son elmi araşdırmaya görə uşağın adı onun təkcə taleyinə yox, həm də sifət cizgilərinə təsir edə bilər.

A24.Az xəbər verir ki, alimlər bunu “Dorian Grey effekti” adlandırıblar. Yazıçı Oscar Wilde-ın qəhrəmanı Dorian Grey də həyatda etdiyi bütün pislikləri özü də bilmədən portretindəki sifət cizgilərinə “köçürürdü”.

Yeni araşdırmaya görə, məsələn adı Bob olan şəxslər girdəsifət və gülərüz təsəvvür edilirlər. Tim adlı kişilərin, əksinə daha qaraqabaq və qapalı adamlar olduğu düşünülür.

Məqalədə deyilir ki, bunu “buba-kiki” effekti də hesab etmək olar. Buba kimi səslənən adlar daha çox girdəlik və yumruluğa, kiki kimi səslənən adlar isə daha çox uzun, nazik və iti predmetlərə aid olur.

Məqalədə deyilir ki, ‘Winston’ adını daşıyanlar daha təmkinli və zəhmli, Mary adını daşıyanlar isə daha təmiz, iffətli və namuslu hesab edilirlər.

Alimlər düşünürlər ki, məsələn, ‘Katherine’ adlı qızlar “Bonnie” adlılarla müqayisədə daha ciddi olurlar. Bu ondan irəli gəlir ki, adların səslənişi insan yaşa dolduqca üz cizgilərinə təsir göstərir, qəzet yazır.

Yerusəlimdəki Hebrew Universitetindən professor Yonat Zwebner deyir ki, araşdırmalar adlarla bağlı stereotiplərin zahiri görünüşlə əlaqədar olduğunu göstərib.

Alim deyir ki, biz üzünü görmədiyimiz adamları adların stereotipindən çıxış edərək təsəvvür edirik. Məsələn bizim təsəvvürümüzdə Bob adlı adamlar tosqun və gülərüz, Tim adlı şəxslər isə arıq və qaradinməzdirlər.

Üz formasının adla əlaqəsini aşkar etmək üçün alimlər 8 eksperiment aparıblar. Hər yeni təcrübədə iştirakçılar adla sifət arasındakı əlaqəni daha yaxşı duyurdular.

Eksperiment iştirakçıları hətta müxtəlif etnik mənşəli adamların adları ilə onların sifət quruluşu arasındakı əlaqəni 20-25 faiz hallarda düzgün müəyyən edirdilər.

Sonuncu eksperimentdə uğur faizi artıq 40 idi.

Doktor Zwebner deyib ki, bizə verilən adlar cəmiyyətdəki stereotiplər və gözləntilərlə bağlıdır və zaman ötdükcə bizim zahiri görünüşümüzə, daha doğrusu necə görünməli olduğumuza təsir edir.

“Qısası biz sonunda cəmiyyətin bizi görmək istədiyi kimi oluruq, – deyib alim, – Biz doğulduğumuz andan təkcə cinsiyyətimiz, milliyyətimiz və sosial-iqtisadi statusumuzun yox, həm də bizə verilmiş sadə bir adın təsiri altında strukturlaşırıq”.

Bu araşdırmadan həm də bəlli olub ki, adla sifət quruluşu arasındakı əlaqəni müəyyənləşdirən kompüter alqoritmi yaratmaq mümkündür. (BBC)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Araşdırma
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar