Adını dəyişdirən erməni Azərbaycanda təşkilata rəhbərlik edir – Siyavuş Novruzovdan ŞOK AÇIQLAMA

Adını dəyişdirən erməni Azərbaycanda təşkilata rəhbərlik edir – Siyavuş Novruzovdan ŞOK AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov APA-ya müsahibəsində maraqlı fakt açıqlayıb.

A24.Az xəbər verir ki, S.Novruzov Azərbaycanda bir təşkilat rəhbərinin adını dəyişdirmiş erməni olduğunu deyib.

“Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan dili haqqında əks təbliğat aparılırdı. Dilimiz təhqir olunurdu. Biz araşdırdıq ki, bunu yayan Azərbaycanda yaşayan adını dəyişdirmiş bir ermənidir. Hətta bir təşkilat rəhbəridir. Özü əsaslandırmağa çalışdı ki, guya tatar mənşəlidir, amma bəlli oldu ki, ermənidir”, – deyə o bildirib.

Lakin deputat həmin şəxsin adını açıqlamayıb: “Hazırda aidiyyəti qurumlar onunla məşğuldur. Adını da lazım gəlsə, onlar açıqlayarlar. Yəni, bu cür hallar var. Bu baxımdan da biz erməni mənşəli şəxsləri ərazimizə buraxa bilmərik. Onlar tamam başqa məqsədlə Azərbaycana gəlirlər”. (Publika.az)

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar