Adnan Oktara çətin sual: “Kediciklər” də cəhənnəmdə yanacaq? - VİDEO

Adnan Oktara çətin sual: “Kediciklər” də cəhənnəmdə yanacaq? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Kedicikləri” ilə məşhurlaşan məşhur aparıcı Adnan Oktarın uzun illər səsləndirdiyi açıqlaması yenidən gündəmə gəlib.

A24.az xəbər verir ki, özünü İslam dininin təmsilçisi hesab edən Oktar bir müddət əvvəl verdiyi müsahibədə reklam və maqazin jurnalları üçün açıq-saçıq görüntülərdə iştirak edən və foto çəkdirən qadınların cəhənnəmdə yanacağını demişdi. Oktarın bu fikri yenidən müzakirələrə səbəb olub.

Xatırladaq ki, Adnan Oktar həmin xanımlar üçün bu ifadələri işlədib: “Bu qadınlar cəhənnəmdə yanacaqlar. Onların hər biri saxta sevinc içərisindədir. Cəhənnəm onları gözləyir”.

Adnan Oktarın verdiyi müsahibə sosial şəbəkələrdə yenidən gündəmə gəldikdən sonra istifadəçilər ona çox çətin sual ünvanlayıb: “Kediciklər də cəhənnəm odunda yanacaqlarmı? Adnan Oktar yenə də həmin fikirdədir?”

Oktar bu sullara cavab verməkdən yayınıb. Qeyd edək ki, Adnan Oktar İslam dinini öz təbirincə müasirləşdirərək, yeni ideya və forma ilə təbliğ edir. Türkiyə efirində açıq-saçıq geyimli və ehtiras hərəkətləri edən qızlarla çəkdirdiyi fotolar, etdiyi rəqslər və ağlasığmaz hərəkətlər əksər müsəlmanlar tərəfindən birmənalı qarşılanmır. -Cebhe.info

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar