Afrikada ilin futbolçusu adına namizədlərin adları açıqlandı

Afrikada ilin futbolçusu adına namizədlərin adları açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Afrika Futbol Konfederasiyası Afrikada 2017-ci ilin ən yaxşı futbolçusu adına 30 namizədin adını açıqlayıb.

A24.az xəbər verir ki, siyahıda ötən mövsüm bu mükafatı qazanan Riyad Mahrez və “Qarabağ”ın CAR-lı hücumçusu Dino Ndlovu yer almayıb.

İlin ən yaxşı futbolçusu adına namizədlər aşağıda adları qeyd olunanlardır:

Əli Maalul (“Əl-Əhli”), Bertran Traore (“Lion”), Sedrik Bakambu (“Vilyarreal”), Kristian Atsu (“Nyukasl Yunayted”), Kristian Bassoqoq (“Xenan Çzyane”), Denis Onyanqo (“Mamelodi Sandaunz”), Erik Beyi (“Mançester Yunayted”), Essam al-Xadari (“Al-Taavun”), Fabris Ondoa (“Sevilya”), Fakson Kapumbu (“Zesko”), Jan-Mişel Seri (“Nitsa”) , Junior Kabananqa (“Astana”), Kərim El-Axmadi (“Feyenoord”), Balde Keyta (“Monako”), Xalid Butaib (“Yeni Malatyaspor”), Mbvana Samat (“Genk”), Maykl Olunqa (“Jirona”), Məhəmməd Salah (“Liverpul”), Musa Mareqa (“Portu”), Nabi Keyta (“Leyptsiq”), Persi Tau (“Mamelodi Sandaunz”), Pyer-Emerik Obameyanq (“Borussiya” Dortmund), Sadio Manye (“Liverpul”), Tomas Teye (“Atletiko” Madrid), Viktor Mozes (“Çelsi”), Vensan Abubakar (“Portu”), Villiam Trost-Ekonq (“Bursaspor”), Yasin Brahimi (“Portu”), Yusef Msakni (“Al-Duxail”), İv Bissuma (“Lill”).

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar