A24 Xeber

Ağa-Bala Hacıyevə Prezidentin fərdi təqaüdü verildi

Ağa-Bala Hacıyevə Prezidentin fərdi təqaüdü verildi
693
05 Dekabr 2018 - 18:48

Prezident İlham Əliyev Ağa-Bala Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

A24.Az xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağa-Bala Şamxal oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, A.Hacıyev 2003-cü ilin sentyabrından 2018-ci ilin dekabr ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00