A24 Xeber

Ağacın altında qalan məktəblidən YENİ XƏBƏR

Ağacın altında qalan məktəblidən YENİ XƏBƏR
280
06 Dekabr 2018 - 23:33
Xəbər verdiyimiz kimi, Sumqayıtda 13 yaşlı Aysun Məcidovanın üzərinə ağac düşüb.
A24.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, zərəçəkmişin dayısı Mustafa İbişov hadisə və qızın durumu barədə yeni məlumat verib: “Hadisə 9 nömrəli orta məktəbdən bir qədər aralıda baş verib. Uşaq dərsdən çıxıb evə gələndə ağac aşıb, altında qalıb. Ətrafda görənlər onu maşına qoyaraq evə gətiriblər. Daha sonra biz uşağı travmatologiyaya gətirmişik. Uşaq hazırda reanimasiyadadır, sabah əməliyyat olunacaq”.
Dayısının sözlərinə görə, uşaqda bir neçə sınıq və çat yaranıb: “Aysunun qıçlarında 5 yerdə sınıq, çanaq hissədə isə 2 yerdə çat var. Diz oynaqlarından da biri qırılıb. Bu səbəbdən ola bilər ki, onun yeriməyində problem yaransın”.
“Hazırda da uşağa qan köçürdülər. Artıq lazım olan qan yığılıb” – deyə M.İbişov əlavə edib.
O baş verən hadisə ilə əlaqədar olaraq heç bir yerə şikayət etmədiklərini bildirib: “Savadsız adamlarıq, belə şeyləri bilmirik. Sadəcə olaraq hadisə baş verdikdən sonra gələn polisə bu haqda məlumat vermişik”.
Qeyd edək ki, Sumqayıt şəhər Travmatologiya Xəstəxanası tərəfindən kirayədə qalan, 3 övlad sahibi olan ailənin sosial durumu nəzərə alınaraq 13 yaşlı Aysunun əməliyyatı pulsuz həyata keçiriləcək.
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00