Ağacları qanunsuz kəsən şirkətə cinayət işi açılıb

Ağacları qanunsuz kəsən şirkətə cinayət işi açılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Paytaxtın Nəsimi rayonu ərazisində “MİD-17” Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən qazıntı işlərinin aparılması zamanı müxtəlif cinsli (sərv və zeytun) 5 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 5100 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. 

A24.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ilkin araşdırmalarla həmin torpaq sahəsinin istifadəyə ayrılmasına dair verilən ekoloji ekspertiza rəyində layihələndirmənin yalnız yaşıllıq altında olmayan boş sahədə aparılması tapşırılsa da, MTK-nın vəzifəli şəxsləri tərəfindən meşə qanunvericiliyi üzrə normativ aktların tələbləri kobud surətdə pozularaq xeyli miqdarda ziyan vurmaqla ağacların qanunsuz kəsilməsi hallarına yol verilməsi müəyyən edilib.

Həmin faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən 22 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb.

Hazırda qanunsuz ağac kəsmə faktları ilə bağlı başlanıb, cinayət işləri üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etmələri tövsiyə edilir.

Baş Prokurorluq bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulan qaydada ən ciddi cəza tədbirlər görüləcəyini nəzərə çatdırır.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar