A24 Xeber

Ağcabədidə qanunsuz ov edən şəxs saxlanıldı

Ağcabədidə qanunsuz ov edən şəxs saxlanıldı
325
08 Dekabr 2018 - 13:43

Azərbaycanda qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən A24.az-a verilən məlumata görə, dekabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi ərazisində Ağdam rayon sakini Xasay Həsənov qanunsuz ov etdiyi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 7 ədəd çöl quşu götürülüb.

X.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00