Ağıllı yara sarğıları HƏKİMLƏRİ ƏVƏZ edəcək- YENİLİK

Ağıllı yara sarğıları HƏKİMLƏRİ ƏVƏZ edəcək- YENİLİK
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Tafts Universitetinin mühəndisləri yaraların sağalma prosesini izləyən quraşdırılmış ötürücülərə malik yeni “ağıllı” sarğı yaradıblar.

A24.Az xəbər verir ki, tərtibatçıların sözlərinə görə, artıq laboratoriya sınaqları keçirilən sarğı-plastır hətta mürəkkəb yaraların öhdəsindən gələ bilir. Quraşdırılmış ötürücülər infeksiya və ya iltihabın mövcudluğunu göstərən “pH” səviyyəsini və bədən temperaturunu izləyir.

Bildirilir ki, yanıqlar və müxtəlif xəstəliklər dərinin bərpaedici qabiliyyətini poza bilər, lakin “ağıllı” plastır hətta pis bitişən yaraları effektiv şəkildə sağaldaraq xəstə və ya həkimlər tərəfindən müdaxiləni minimuma endirir. Texnologiya dərinin təbii bitişməsinə imkan yaradır. Mikroprosessor ötürücü məlumatlarını oxuyur və istifadəçinin istəyinə uyğun olaraq antibiotik dozaları dərinin altına yeridir. Bütün konstruksiya şəffaf tibbi plyonkaya bərkidilib və 3 millimetrə yaxın qalınlıqda elastik sarğını formalaşdırır.

Plastır yaradıcıları sarğı materialının ucuz alınması, mikroprosessordan başqa bütün komponentlərin isə birdəfəlik olması üçün çalışıblar. Gələcəkdə “ağıllı” sarğının tətbiq ediləcək sahələrinin genişləndirilməsi üçün onun imkanlarının artırılması nəzərdə tutulur. Hazırda texnologiyanın “in vitro” şəraitində uğurlu sınağı keçirilib və klinikaya qədər olan testi aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar