Ağrıda PKK-lılar AK partiyasına səs verən iki nəfəri asdılar - FOTOLAR

Ağrıda PKK-lılar AK partiyasına səs verən iki nəfəri asdılar – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Ağrının Doğubayazit rayonunda iki nəfərin ölmüş meyiti tapılıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, ölən şəxslərdən birinin meyiti elektrik dirəyinə asılmış halda, digəri isə həyətindəki mətbəxdən asılı halda aşkarlanıb.

Türk mediasının yayımladığı məlumatda bildirilir ki, hər iki vətəndaş iyunun 24-də Türkiyədə baş tutan prezident və parlament seçkilərində AKP-yə səs verdikləri üçün PKK-lı terrorçular tərəfindən öldürülüb.

Belə ki, Doğubayazitdə yerləşən Yanyurt kəndində elektrik dirəyinə bağlanmış kişi meyitini görən sakinlər polisə xəbər verib. Hadisə yerində araşdırma aparan polislər başından vurularaq öldürülən və elektrik dirəyinə bağlanan kişinin kənddə mağazası olan Mevlüt Bengi olduğunu təsbit edib.

Hadisəylə bağlı aparılan araşdırmanın nəticəsində Mevlüt Benginin AKP-yə səs verdiyi üçün PKK-lılar tərəfindən öldürüldüyü bildirilib.

İkinci ölüm hadisəsində isə AKP-yə dəstək olan Yaşar Eryılmaz Dövlət Xəstəxanasında təmizlik xidməti göstərən Feyzi Ertikin həyətində yerləşən mətbəxində iplə asılmış şəkildə ölü tapılmasıdır. İddiaya görə Doğubayazit Sağdıç kəndində yaşayan Feyzi Ertik evdə olan zaman ona zəng gəlib və cavab vermək üçün çölə çıxıb. Daha sonra ondan xəbər almayıblar. Aparılan araşdırmalar nəticəsində Ertik evinin həyətindəki mətbəxdən iplə asılmış vəziyyətdə meyiti tapılıb.

Doğubayazitdə yaşanan hadisələrdən sonra bölgə əhalisi terrora lənət oxuyub. Hətta terrorçuların məhv edilməsi üçün bölgədə əməliyyatın başladıldığı da bildirilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Son Dəqiqə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar