Ağstafa rayonunda 4 avtomobil körpüsü inşa ediləcək

Ağstafa rayonunda 4 avtomobil körpüsü inşa ediləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Ağstafa rayonu ərazisində 4 avtomobil körpüsünün tikintisi işlərinə başlanılıb.

a24.az“ın məlumatına görə “Azəryolservis” ASC–nin mətbuat xidmətindən bildirilib ki, tikinti işləri nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılacaq.

Körpülərin Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşası planlaşdırılır. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa ediləcək.

Kür çayı üzərində inşa ediləcək körpünün uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası planlaşdırılan körpünün uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpünün uzunluğu 66 metr, dəmir yolu üzərindəki tikiləcək körpünün uzunluğu isə 34 metr olacaq.

Layihə Asiya İnkişaf Bankının ayırdığı kredit hesabına maliyyələşdirilir və təqribən 2 il müddəti ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar