Ağstafada canavar qadını başından dişlədi

Ağstafada canavar qadını başından dişlədi
Want create site? Find Free WordPress Themes and plugins.

Ağstafada canavar qadına hücum edərək ona xəsarət yetirib.

A24.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Korxəlfəli kəndində baş verib.

Gündüz saatlarında kənddə girən canavar həyətlərin birində qoyunu parçalamaq istəyib.

Bunu görən ev sahibəsi, 1968-ci il təvəllüdlü Alıyeva Aidə Abbas qızı canavarı qovmaq istəyib. Bu zaman canavar qadına hücum edərək onun baş və bədən nahiyələrinə xəsarət yetirib.

A. Alıyeva dərhal Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar