Ağstafadakı qəzada ölən və yaralananların kimlikləri məlum olub

Ağstafadakı qəzada ölən və yaralananların kimlikləri məlum olub
Want create site? Find Free WordPress Themes and plugins.

Ağstafada bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

a24.az” APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayonu Daş Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “KİA” markalı avtomobillə “VAZ 21011”in toqquşması nəticəsində “VAZ”ın sürücüsü, Ağstafa rayon Sağ Kəsəmən kənd sakini 1958-ci il təvəllüdlü Qabil Talıbov hadisə yerində ölüb, onun həmkəndlisi, sərnişin 1988-ci il təvəllüdlü Mahmud İbrahimov və “KİA” nın sərnişinləri Qazax rayon Kommuna kənd sakinləri 1992-ci il təvəllüdlü Gülnar Cəlilova, 1980-ci il təvəllüdlü Səyalı Mirzəliyeva və 1974-cü il təvəllüdlü Vəfagül Mirzəliyeva müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar