“Ailədə teatr- tərbiyə üsulu kimi” layihəsinə start verildi

“Ailədə teatr- tərbiyə üsulu kimi” layihəsinə start verildi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Əhmədova Afaq Elxan qızı tərəfindən “Ailədə teatr- tərbiyə üsulu kimi” layihəsinə start verilmişdir.

Layihə çərçivəsində teatr sənətinin sirrləri onların azyaşlıların tərbiyəsindəki rolu və ailədə uşaqlaırn tərbiyə olunmasında tətbiq olunması yollarının aşılanmasından danışılacaq. Və yekun olaraq dinləyicilər aldıqları tədrisin nəticəsi kimi nümunələr nümayiş etdirəcəklər. Belə ki, dinləyicilərin ailələrinin də iştirak edəcəyi yekun tədbirə qatılan ailələr rəmzi şəkildə tətbiq edilən yarışmada hər biri 5 dəqiqəlik ailə teatr tamaşası nümayiş etdirəcəklər.

Layihənin müddəti 2 ay olmaqla, 25 oktyabr 2017-ci il – 25 dekabr 2017-ci il tarixlərini əhatə edəcəkdir. Layihə rəhbəri : Afaq Əhmədova, Təlimçi İntiqam Soltan Valideyn və övlad arasındakı ünsiyyətin aktivləşdirilməsi, uşaqların düzgün tərbiyə olunmasının əsasının təşkil edən amillərdən biridir. Bu layihə həm də valideynlərin öz övladlarına yanaşma metodlarının dəyişməsində yardımçı olacaq. Onların övladlarına verəcəkləri tərbiyə üsullarının daha kreativ, təsirli və yaddaqalan edəcəkdir. Layihənin əsas məqsədi evlərdə, ailələrdə görünməz teatrların yaradılmasıdır ki, bu da istər sənətin sevdirilməsi, istər teatrlardan tərbiyə üsulu kimi istifadə etməkdir.

Intiqam Soltan : “Ən ümdə məqsədimiz Azərbaycanda mədəni cəmiyyətin inkişafina öz töhfəmizini verməkdir. Teatr ən gözəl canlı ünsiyyət və təbliğat vasitəsidir. Bundan istifadə edərək, uşaqların və gənclərin daha səmərəli maarifləndirməyə nail ola bilərik”.

Layihə çərçivəsində ilk təlim 11 noyabr saat 16.00 da Sabunçu rayon Gənclər Evində keçiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar