Aknarada 20-dən çox İŞİD üzvü saxlanılıb

Aknarada 20-dən çox İŞİD üzvü saxlanılıb
Want create site? Find Free WordPress Themes and plugins.

G20 üzv ölkələrinin liderlərinin sammitinin keçiriləcəyi Türkiyənin Antalya vilayətində xüsusi əməliyyat çərçivəsində “İslam dövləti” (İD) terror təşkilatının 20-dən artıq üzvü saxlanılıb.

Bu barədə “a24.az” “Haber7” qəzetinə istinadən məlumat verir.

Saxlanılanların şəxsiyyəti barədə məlumat verilmir. Vilayətdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Sammit noyabrın 15-16-na planlaşdırılıb.

Bu gün İstanbul Beynəlxalq Hava Limanında İD-lə bağlı əlaqələri olmaqda şübhəli bilinən 41 mərakeşli saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra 20 nəfər Kasablankaya deportasiya edilib. Qalan saxlanılanların dindirilməsi davam edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar