Ali məktəbdə ölüm

Ali məktəbdə ölüm
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) əməkdaşı iş başında vəfat edib.

“A24.az” məlumat verir ki, bu barədə “ANS Press”ə ADNA-dan məlumat verilib. Vəfat edən akademiyanın Əsaslı Kitabxanasının direktoru Cabir Ağaməmmədov olub.

ANS PRESS-ə verilən məlumata görə o, yanvarın 26-da işdə olarkən saat 17 radələrində səhhəti pisləşib. Kitabxananın direktoru qəfildən infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, Cabir Lənkəran oğlu Ağaməmmədov 1939-cu ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1967-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1971-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ikillik kursunda ingilis dilini öyrənib. 1984-cü ildən Azərbaycan Dövlət Neft Akademiyasının əsaslı kitabxanasının direktoru vəzifəsində işləyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar