Ali məktəblərə testsiz qəbul rəsmiləşdi

Ali məktəblərə testsiz qəbul rəsmiləşdi
Want create site? Find Free WordPress Themes and plugins.

Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi  müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verib.

Layihəyə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilir: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Layihə səsə qoyularaq qəbul olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar