Alimdən ŞOK İDDİA: Maqnit qasırğasını silahla yaradırlar

Alimdən ŞOK İDDİA: Maqnit qasırğasını silahla yaradırlar
Want create site? Find Free WordPress Themes and plugins.

Son vaxtlar baş verən geomaqnit qasırğalarının intensivliyi ictimaiyyəti ciddi narahat etməyə başlayıb. Günəşdə baş verən fiziki və xaotik proseslər insanları təşvişə salıb.

Maqnit qasırğaları son aylar insanların səhhətində də bir sıra problemlərin  yaranmasına səbəb olub. Günəşdə baş verən proseslərdən qaynaqlanan maqnit qasırğası bəzən günlərlə davam edir və insanlarda baş ağrısı, yüksək təzyiq, ürək problemlərinin yaranmasına gətirib çıxarır.

Maraqlıdır ki, əvvəlki illərdə baş verən geomaqnit qasırğalarının sayı indiki qədər çox olmurdu.

Meteoroloqlar növbəti qasırğanı noyabrın 11-ə qədər qropnozlaşdırırlar. Alimlər həmçinin noyabrın 15-də də bu cür vəziyyətin yaşanacağını bildiriblər.

Qeyd edək ki, maqnit qasırğası noyabrın 7-dən etibarən başlayıb. Növbəti 2 gün ərzində geomaqnit pozuntuları artacaq və orta dərəcəli qasırğalar müşahidə olunacaq. Noyabrın 11-də isə maqnit qasırğalarının dərəcəsi yenidən azalacaq.

Maqnit qasırğalarının sayı niyə artıb?

Ümumiyyətlə, maqnit qasırğaları əhvalın kəskin dəyişilməsinə, ümumi sağlamlığın və xroniki xəstəliklərin pisləşməsinə səbəb ola biləcək bir prosesdir. Xüsusilə, ürək-damar sistemi xəstəliyi olan insanlara bu cür qasırğalar daha çox təsir edir və günlərlə əhvalın korlanması davam edir. Bununla bağlı insanlarda əsasən baş və ürək ağrısı, yuxu pozulması, təzyiq qalxması kimi əlamətlər yaranır. Özəlliklə hava dəyişikliklərinə qarşı həssas olan insanlarda adətən, baş ağrıları, ürək ritminin pozulması, yüksək stress qeydə alınır. Meteohəssas insanlar maqnit qasırğası olan günlərdə havada çox olmamalı, meynularına diqqət etməli, daha çox dincəlməlidirlər.

Maraqlıdır, geomaqnit qasırğaları niyə tez-tez müşahidə edilir, bunun səbəbləri nə ilə bağlıdır?

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov bildirir ki, Günəşdəki aktivliklər hər 11 ildən bir təkrarlanan hadisədir:

“Günəşdə bizim də bilmədiyimiz çox şeylər var. Amma maqnit qasırğası ilə bağlı bilmədiklərimiz daha çoxdur. Çünki Günəşdən qopub gələn plazma kütləsi 150 milyon kilometr məsafədə konfiqurasiyada dəyişir, dağılır, bir yerdə toplaşır, yaxud yerə zərbə vurur. Müxtəlif cür hadisələr baş verir. Onun proqnozu çox çətin məsələdir.

Hazırda Günəşdə maksimum sakit dövrdür. Günəş səthinin xeyli hissəsi maqnit ləkələri ilə örtülüdür. Yəni həmin yerdə lokal maqnit sahələrinin intensivliyi çox yüksəkdir. Bu zaman Günəşdən plazmaların, ionların tullantısı şəklində çox böyük enerji ayrılır. Atılan plazma yerə tərəf tuşlananda, yerdə təlatümlərə gətirib çıxarır. Buna maqnit fırtınaları deyirlər. Bunun Günəş-Yer əlaqələrinə çox böyük təsiri var. Bu zaman Günəşdən atılan plazma kütləsinin sürəti 1000-1200 km/saniyəyə çatır, bu isə Yerin maqnit sahəsini silkələyir. Biz Yerin maqnit sahəsinin olduğu sferanın içində olduğumuzdan bu proses həm kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, o cümlədən, insanların sağlamlığına təsir edir.

İnsan plazmasında ionların hərəkəti çoxdur. Maqnit fırtınaları ionların artıb-azalmasına birbaşa təsir edir. Maqnit qasırğalarının yaranması əslində plazmanın maqnit sahəsi istiqaməti ilə üst-üstə düşməsindən və ya əksinə prosesindən asılıdır. Bunu proqnoz etmək üçün gərək arasıkəsilmədən Günəşi və Yer ətrafını hər tərəfdən müşahidə edəsən. Yəni Günəşdən qopan kütlənin hansı vəziyyətdə oradan qopmasını izləyəsən. Bunu proqnozlaşdırmaq üçün kifayət qədər məbləğ və imkanlar tələb olunur. Bu imkana isə yalnız NASA malikdir. Onun 2-3 peyki var ki, həmin məlumatları nisbətən toplaya və analiz edə bilir. Başqa bunu dünyada heç kim edə bilmir. Ümumiyyətlə, Günəşdə baş verən hadisələrin proqnozlarını vermək çətindir”.

Maqnit qasırğaları süni silahlarla yaradılır…

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə qeyd edir ki, son vaxtlar bu və ya digər alimlər arasında fikirlər tamamilə haçalanıb:

“Bəziləri deyirlər ki, Günəş  qış dövrünə getdikcə yatır. Yəni yavaş-yavaş enerjilərin və qasırğaların üzərində maqnit olmayanda qasırğalar baş vermir. Amma son vaxtlar müşahidələr göstərir ki, qasırğaların sayı qat-qat artıb. Günəşdə partlayışın olacağını əvvəlcədən müəyyən etmək demək olar ki, mümkünsüzdür. Buna görə də son zamanlar baş verən qasırğaların süni yaradılma ehtimalı var. Süni surətdə elektromaqnit dalğalarını yaradan silahlardan istifadə edilir. Bu məsələdə çirkin oyunlar gedir. Bu çirkin oyunu ortalığa atanlar əllərində metroloji silahlardan istifadə edərək dövləti və digər dövlətləri soymaqla məşğul olurlar. Çirkin əməlləri ilə düzgün olmayan məlumatları verib, özlərinin süni surətdə yaratdıqları vəziyyətləri təbiətin üzərinə atırlar. Bununla da insanları soyurlar.

Görürsünüzmü, qlobal istiləşmə gedir. Belə çıxır ki, biz alimlər bir-birimizlə müharibə elan etməliyik. Nə qədər insan özünü pula satar?.. Alimləri qınamaq olmur, onların vəziyyəti həddən artıq ağırdır. Məcburdurlar ki, mənliklərini, elmi dərəcələrini satsınlar və bu kimi çirkin oyunları təsdiq etsinlər”.

Ekspert qeyd edir ki, bu qədər maqnit qasırğaları ola bilməz:

“Bu sadəcə ortalığa atılmış bir oyundur. Hansı ki, bu oyun vasitəsilə məqsədlərinə çatmaq istəyirlər.

Dünyanı idarə edən 13 nəhəng gücün məqsədi Yer kürəsində əhalinin sayını minimuma endirməkdir. Hansı yolla olur, olsun… İstər su qıtlığı, istər aclıq, istərsə də epidemiyaların yayılması ilə bunu həyata keçirmək istəyirlər.

Məlumatlar yayılır ki, göydən balıqlar, xərçənglər düşür. Bu bir oyundur. Belə çıxır ki, bizim başımızın üstündə yeni bir peyk var. Oradan sular və balıqlar bizə gəlib düşür?”

“Cümhuriyyət” qəzeti / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Sağlamlıq, Araşdırma, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar