Aliment ödəmədiyi üçün həbs olunanlar çoxalıb

Aliment ödəmədiyi üçün həbs olunanlar çoxalıb
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilən və həbs olunan şəxslərin sayı artıb.

“A24.az” bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə boşanmış ailələrdə alimentlərlə bağlı (alimentin ödənilməsi və ödənilməməsi üzrə işlər birlikdə) işlərin sayı 60565-dir.

E.Səfərov deyib ki, 2015-ci ildə alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 2174 olub: “Əvvəlki illərdə bu fakt az olub. Əvvəlki dövrlərlə müqayisədə 2015-ci ildə alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin sayı təxminən 500 nəfər çoxalıb”.

E.Səfərov əlavə edib ki, alimentin ödənilməsindən yayınmaya görə inzibati həbs tənbeh növü üzrə də 500-ə yaxın artım olub. Əvvəllər inzibati həbs tənbeh növləri üzrə faktların sayı 1000-ə yaxın olsa da, 2015-ci ildə onların sayı 1499-a yüksəlib. Ötən il alimentin ödənilməsindən yayınmaya görə barəsində cinayət işi açılan şəxslərin sayı 233 nəfər olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar