Alimlər pivənin sağlamlığa faydalarını aşkarladılar

Alimlər pivənin sağlamlığa faydalarını aşkarladılar
Want create site? Find Free WordPress Themes and plugins.

Professor Nauls Xellerbrandın rəhbərlik etdiyi Erlanqen-Nyurberq Universitetindən olan alimlər qrupu pivənin tərkibində sağlamlığa müsbət təsir edən iki maddə aşkar ediblər. 

A24.Az xəbər verir ki, bununla bağlı məlumat alman universitetinin tibb fakültəsinin rəsmi saytında yerləşdirilib.

Qeyd edilib ki, bu maddələr ksantoqimol və izo-alfa-acı turşularıdır.

Alimlər müəyyən ediblər ki, ksantoqimol qaraciyərin piylənməsindən qorunmağa yardım edir, çəkinin artmasına əngəl törədir və xərçəng hüceyrələrini məhv edir.

Bildirilib ki, izo-alfa-acı turşular qaraciyərin inkişafını yaxşılaşdırır və qlükoza mübadiləsinə müsbət təsir göstərir.

Alimlərin fikrincə, araşdırmanın növbəti mərhələsində bu maddələrin piylənmə, şəkər və xərçənglə mübarizədəki təsiri öyrəniləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar