Alimlərdən vegetarianları narazı qalacağı qərar

Alimlərdən vegetarianları narazı qalacağı qərar
Want create site? Find Free WordPress Themes and plugins.

Missuri Universitetindən olan alimlər vegetarianların narazı qalacağı nəticələr əldə etmişdilər.

A24.az xəbər verir ki, Missuri Universitetindən olan alimlər iddia edirlər ki, bitkilər eşidə bilirlər. Sözsüz ki eşitmə mexanizmləri insanlardakından kəskin dərəcədə fərqlənsə də, misal üçün, tırtıllar onları yedikdə eşidir və müdafiə olunmaq üçün daha artıq xardal yağı buraxaraq reaksiya verirlər. Xardal yağı bitkini tırtıl üçün bir qədər dadsız edir.

Tədqiqatda alimlər arabidopsis yarpaqları üzərinə tırtıl yerləşdirərək, bitkinin çıxardığı xardal yağı miqdarını hesablayıblar. Məlum olub ki, tırtıl peyda olduqda buraxılan yağın miqdarı sürətlə artır. Məhz bu amil bitkilərin səsləri ayırd edə bildiyini göstərir. Məsələn, onlar küləyin hənirtisini eşidə bilir, amma bu vaxt xardal yağı istehsalı miqdarını artırmırlar. Bundan başqa bitkilərin akustik enerji və musiqiyə reaksiya verə bildiklərini deməyə əsas yaradan tədqiqatlar da var.

Bu o deməkdir ki, salat, tərəvəzlər və digər bitki mənşəli məhsulları yedikdə onların hər şeyi eşidə bildiklərini unutmamaq lazımdır. Yeri gəlmişkən, Bonndan olan alimlər hətta bitkilərin hücuma məruz qaldıqda etilen qazı buraxaraq danışa bildiklərini iddia edirlər. Bitkilərə hücum edilən mühitdə yüksək həssaslığa malik mikrofonlar tərəfindən zəif lıqqıltıya bənzər səslər qeydə alınıb, hansılar ki getdikcə daha da güclənərək sanki şiddətli fəryadı xatırladır.

 

Əcəmi Əsədulla

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar