Alimlər Proksima B planetinin yaşam üçün əlverişli olduğunu DEYİR

Alimlər Proksima B planetinin yaşam üçün əlverişli olduğunu DEYİR
Want create site? Find Free WordPress Themes and plugins.

Proksima Sentavrın orbitindəki Proksima b planeti Yerə oxşayır.

A24.Az “ölkə.az”-a istinadən bildirir ki, NASA alimlərinin fikrinə əsasən, bu planet həyat üçün əlverişlidir.

Alimlərin hesablamaları göstərir ki, planetin həyat üçün şərtləri qoruyub saxlamasına aid ən azı bir neçə senari var. Məsələn, əvvəllər planetdə su çox olub. Əgər Proksima b rütubətin 90%-ini itirsə də, böyük bir okeana kifayət edəcək qədər su ehtiyatı var.

Bundan başqa əvvəllər planet hidrogen buludları ilə əhatələnib və bu bulud gənc ulduzların ildırım zərbələrini üzərinə çəkərək buxarlanıb və atmosferi həyat üçün əlverişli edib.

Alimlər planetin müxtəlif atmosfer variantlarına aid üçölçülü modelini hazırlayıblar.

Qeyd edək ki, Proksima b 2016-cı ilin avqust ayında kəşf edilib. Bəzi tədqiqatçıların fikrinə görə isə planetdə günəş aktivliyi həddən artıq çoxdur və planetdə atmosfer və maye halda suyun qalması mümkün deyil.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar