Almaniya ilə Türkiyə arasında iplər qopdu - Ərdoğan Berlində manşetlərdən düşmür

Almaniya ilə Türkiyə arasında iplər qopdu – Ərdoğan Berlində manşetlərdən düşmür
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniya və Türkiyə arasında olan gərginlik səbəbindən Almaniyanın Türkiyəyə müxtəlif sanksiyalar tətbiq edəcəyi bildirilir.

A24.Az xəbər verir ki, Türkiyədə insan haqları müdafiəçilərinin həbs olunması, jurnalist Dəniz Yücelin tək adamlıq kamerada saxlanılması, Konyadakı alman əsgərlərinin millət vəkilləri tərəfindən ziyarət edilməsinin əngəllənməsinə reaksiya göstərən Almaniya,   Ədalət və İnkişaf Partiyası hökumətinə və Ərdoğana qarşı sanksiya planları qurur.

Türkiyə və Ərdoğan ümumi seçkilərin keçiriləcəyi vaxta qədər Almaniyanın ən mühüm daxili siyasət mövzusu olacaq. Ötən gün Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel alman vətəndaşlarına xəbərdarlıq edərək bildirib ki, Türkiyəyə mümkün olduğu qədər az səyahət etsinlər. Bundan başqa, o deyib ki, Avropa Birliyinin Türkiyəyə etdiyi yardımlar gündəmə gətiriləcək. Bu kimi sərt reaksiyalardan sonra Almaniya yeni planlar üzərində düşünür.

Alman media orqanlarından biri hökümətin Türkiyəyə silah satışını dayandırmağı müzakirə etdiyini yazıb. Ancaq bu məlumat təsdiqlənməyib. Almaniya Xarici İşlər nazirinin bu açıqlamasından sonra yerli televiziyalarda Türkiyədə investisiya qoyuluşunu təbliğ edən reklamların yayımı dayandırılıb.

Bundan başqa, yeni sanksiya ssenarisinə görə, Avropa Birliyindən gələn 4,45 milyard avroluq yardımın 2020-ci ilə qədər dayandırılması gözlənilir.

Nərmin Kərim, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar