Almaniyada azərbaycanlılar üçün yeni şura yaradılır

Almaniyada azərbaycanlılar üçün yeni şura yaradılır
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniyada yaşayan azərbaycanlılar “Almaniya Azərbaycanlıları Koordinasiya Şurası” yaradır.

Diasporla İş üzrə Dövlət Komitəsindən A24.Az-a verilən məlumata görə, şuranın yaranmasında məqsəd soydaşlarımızın daha mütəşəkkil təşkilatlanması və fəaliyyətlərinin daha intensiv koordinasiya olunmasıdır:

“Soydaşlarımız da hesab edir ki, artıq, dövlətimizin diaspor siyasəti, xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə, özünün yeni mərhələsinə qədəm qoyub. Ölkə başçısının “….Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir” fikirlərini diaspor təşkilatları və soydaşlarımız qarşıya qoyulan zərurət kimi qəbul edirlər.

Məhz, bu zərurətdən irəli gələrək, Almaniyada yaşayan soydaşlarımız daha sıx birləşmək və səmərəli fəaliyyət göstərmək istiqamətində konkret addımlar atırlar. Soydaşlarımızın verdiyi informasiyaya görə, Koordinasiya Şurası qərarların kollegial qəbuluna imkan yaradacaq, əlaqələri gücləndirəcək və daha uğurlu nəticələrin əldə edilməsinə təkan verəcəkdir”.

Məlumatda qeyd edilir ki, təsis iclasında iştiraka dəvət edilən Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bu ölkəyə yola düşüb. Nümayəndə heyətinin Almaniya ilə bərabər, İsveçrə və Fransaya da səfəri planlaşdırlır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində hər üç ölkədə dövlət rəsmiləri, Azərbaycan diaspor təşkilatları və orada yaşayan soydaşlarımızla görüşəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar