Alonso və Mercedes arasında danışıqlar olub?

Alonso və Mercedes arasında danışıqlar olub?
Want create site? Find Free WordPress Themes and plugins.

Fernando Alonso bildirib ki, Niko Rosberq istefa verdikdən sonra Mercedes-lə danışıqlar aparıb.

A24.az xatırladır ki, Rosberq istefa verdikdən sonra Mercedes onun əvəzinə Alonso, Fettel, Bottas, Sayns və Verlyayn kimi sürücüləri düşünsə də, sonda Bottası transfer etmişdi.

Fernando Alonso: “Rosberqin istefasından sonra bir neçə gün ərzində telefonla danışdıq. Amma ciddi söhbət olmadı. McLaren-də xoşbəxtəm. Mercedes Rosberqin istefasının şoku ilə hamıya zəng edirdi. Bunu başa düşürəm. Ciddi danışıqlar getmədi. Sadəcə müqaviləmin şərtlərini bilmək istədilər. Ehtimallar barədə danışmaq istəmirəm”.

Alonso son çempion Rosberqin istefasını dəstəkləyib: “Həyatda hər adamın bir hədəfi olur. Onun da bəzi məqsədləri var idi. Dünya Çempionu olmaq üçün mübarizə apardı və 2016-cı ildə buna nail oldu. Bu hədəfinə çatdıqdan sonra istefa verdi. Mən bunu edə bilməzdim. Bu tiryək kimidir. Cəsarətli qərar verdi və fərqli həyat yaşamaq istəyir. Ona uğurlar arzu edirəm. Amma mən bunu etməzdim. Mən yarışçıyam və 80 yaşım olanda da bir yarış avtomobili və ya kartinqlə uşaqlara qarşı mübarizə aparacam”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar