“Alov qüllələri” Şahmat Olimpiadasına dəstək oldu

“Alov qüllələri” Şahmat Olimpiadasına dəstək oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının ən möhtəşəm binalarından sayılan “Alov qüllələri” 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək olur.

“A24.az” bildirir ki, Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır. Hərəkətli fiqurlarla yanaşı şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir.

Xatırladaq ki, Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar