Altıağacda vəhşi heyvanlar niyə yol kənarında, dar qəfəslərdə saxlanılır? - Rəsmi açıqlama - VİDEO

Altıağacda vəhşi heyvanlar niyə yol kənarında, dar qəfəslərdə saxlanılır? – Rəsmi açıqlama – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Sosial şəbəkədə Altıağac Milli Parkında heyvanların yol kənarında, qəfəsdə saxlanılma şəraiti ilə bağlı video paylaşılıb. Videoda vəhşi heyvanların dar qəfəslərdə, uyğun olmayan şəraitdə saxlandığı bildirilir. Şikayətlə bağlı Ekologiya və təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Problemlə bağlı məlumat verdik.

Məlum oldu ki, bu qəfəslər Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına məxsusdur. Klinikadan A24.Az-a  bildirildi ki, Altıağac ərazisində heyvanların qəfəsdə saxlanılması bir neçə gün çəkir.  “Onlar qəfəslərdə müvəqqəti saxlanılaraq, müalicə edildikdən sonra təbiətə buraxılırlar.  Ayı, cüyür, ceyran kimi məməli heyvanlar üçün böyük qəfəslər var. Kiçik qəfəslərdə isə xırda heyvanlar və quşlar saxlanılır. Bura  zooloji  park deyil,  sadəcə reabilitasiya klinikasıdır.  O ki, qaldı qəfəslərin yolun kənarında olmasına, bura qoruğun ərazisidir. Elə qəfəslər var ki, yoldan xeyli kənarda yerləşir. Respublikanın bütün bölgələrindən klinikanın ərazisinə xəstə heyvanlar gətirilir. İndiyədək  500-dən çox heyvanı sağaldaraq təbiətə buraxmışıq”.

Qeyd edək ki, ərazisi 11035 hektar olan Altıağac Milli Parkı 2004-cü ildə yaradılıb. Milli Parkın yaradılmasında əsas məqsəd Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının, flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, eləcə də, tədqiqatlar, turizm və istirahət (rekreasiya) üçün şəraitin yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir. Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Mərkəzi isə 2006-cı ildən fəaliyyət göstərir.

 


Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar