A24 Xeber

Amaliya Pənahova dünyasını dəyişdi – SON DƏQİQƏ!

Amaliya Pənahova dünyasını dəyişdi – SON DƏQİQƏ!
772
08 Noyabr 2018 - 9:53

Azərbaycan incəsənətinə ağır itki üz verib. Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib.

A24.Az xəbər verir ki, bu barədə onun rəhbəri olduğu “Bələdiyyə” teatrının aktrisası Hüsniyyə Mürvətova məlumat verib.

Amaliya Pənahovanın ölüm səbəbi hələki bəlli deyil.

Qeyd edək ki, Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirmişdir.

Tanınmış aktrisa “Şöhrət”, “Şərəf” ordenlərinin və bir sıra fəxri adların sahibidir.

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00