AMEA- dan yaranan  mənzil problemi ilə bağlı - AÇIQLAMA

AMEA- dan yaranan  mənzil problemi ilə bağlı – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində mənzil məsələsi ilə bağlı narazı olan bir qrup vətəndaşla görüş keçirilib.

AMEA-dan A24.Az-a verilən məlumata görə, müraciət edən vətəndaşların sualları cavablandırılıb, qaranlıq məqamlara aydınlıq gətirilib.

Görüşdə AMEA-nın yataqxanasında yaşayan elmi işçilərin Akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, inşa olunmuş binaya köçürülməsi məqsədilə yaradılmış komissiyanın ləğv edilməsi və ya tərkibində qismən dəyişiklik edilməsinə dair təklif irəli sürülüb. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi yaxın günlərdə qərar verəcək.

Bundan əlavə, AMEA elmi işçilərin, xüsusilə gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqları davam etdirir.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar