AMEA və Təhsil Nazirliyi birgə məlumat yaydı

AMEA və Təhsil Nazirliyi birgə məlumat yaydı
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin mətbuat xidmətləri X sinif Rus bölməsi üzrə “Ümumi tarix” dərsliyi ilə bağlı birgə məlumat yayıb. 
 
A24.Az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu günlərdə  bir sıra KİV-lərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif “Ümumi tarix” dərsliyi ilə bağlı müraciəti yer alıb. Müraciətdə şərh olunan məsələlər  bir çox KİV-lərin xəbər başlıqlarında  AMEA-nın mövqeyi kimi göstərilir:
“Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir. AMEA-nın mətbuat xidməti olaraq bildiririk ki, akademiyanın struktur bölməsi olan Tarix İnstitutunun bu müraciəti bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir. AMEA-nın və Təhsil Nazirliyinin mətbuat xidmətləri kütləvi informasiya vasitələrindən qeyd olunan məsələdə dürüst və obyektiv olmağı, xəbər başlıqlarına diqqətlə yanaşmağı xahiş edir”.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar