Amerikalı kəşfiyyatçı Rusiyadan getməyəcək

Amerikalı kəşfiyyatçı Rusiyadan getməyəcək
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden Rusiyanı tərk etməyəcək.

“A24.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Anatoli Kuçerena bildirib.

O, qeyd edib ki, hazırda amerikalı həmkarlarla “iş davam edir”: “Təbii ki, E.Snouden Amerika üçün darıxır. Əlbəttə ki, biz vəkillər işləyirik. Hər hansı nəticə olan kimi xəbər edəcəyik”.

Daha əvvəl E.Snouden ABŞ-a qayıtmaq istədiyini demişdi.

Xatırladaq ki, ABŞ tərəfindən axtarışda olan E.Snouden 2013-cü ildə rəsmi Moskvadan siyasi sığınacaq istəyib və elə o vaxtdan Rusiyadadır. 2014-cü ilin avqustunda isə RF-də yaşamaq üçün 3 illik icazə alıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar